Azərbaycanda ən gəlirli işlər - SİYAHI

İQTİSADİYYAT
19:27 / 19.02.2021
2665

Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 326,3 manat, qeyri-neft-qaz sektorunda isə 651,2 manat təşkil edib. Bu nominal hesabla götürülən orta aylıq göstəricidir.

Oxu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci il ərzində dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat olub.

Ötən ilin yanvar-dekabr ayları ərzində mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 262,6 manat təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 4 291,3 min olduğu halda, dövlət müəssisələrində daha az, 1 638,2 manat təşkil edib.

İkinci gəlirli sahə isə maliyyə və sığorta fəaliyyəti sektoru olub. Bu sahədə fəaliyyət göstərən şəxslərin orta aylıq gəliri 1 719,6 manat təşkil edib. Dövlət işində əməkhaqqı 1 722,6 manat, özəl müəssisələrdə isə 1 718,8 manat olub.

Digər gəlirli sektor peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Burada fəaliyyət göstərənlərin orta hesabla aylıq nominal gəliri 1 188,1 manat olub. Özəl sektorda çalışanlar 1 888,5 manat gəlir əldə edərkən, dövlət sektorunda çalışanlar isə orta hesabla 695,5 manat gəlir əldə edib.

Növbəti gəlirli sahə isə informasiya və rabitə sahəsidir. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 072 manatdır. Dövlət müəssisələrində orta aylıq nominal gəlir 829,2 manat olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 365,6 manat olub.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 956,5 manat olub. Dövlət müəssisələrində əməkhaqqı özəl sektora nisbətən üç dəfə çox, yəni, 990,7 manat ikən, özəl sektorda 313,7 manat təşkil edib.

Eləcə də, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda fəaliyyət göstərənlər orta hesabla 535,6 manat əməkhaqqı alıb. Dövlət sektorunda maaş özəl sektora nisbətən iki dəfədən çox, yəni, 1 145 manat təşkil etdiyi halda, özəl müəssisələrdə 513,1 manat təşkil edib.

Digər sektorlarda çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi təsnif olunub:

3