Ötən ilin yanvarında ölkəyə hər birinin dəyəri orta hesabla 11.5 min dollar olan 7 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5.3 min dollar olan 659 ədəd hibrid avtomobil idxal edilib.
HİT.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadla iqtisadçı Rövşən Ağayev bildirib.
O qeyd edib ki, bu ilin yanvarında hər birinin dəyəri orta hesabla 129.5 min dollar olan 2 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5 min dollar olan 459 ədəd hibrid avtomobil idxal edilib:
"2020-ci ilin yanvarı - 4901 ədəd və hər birinin orta idxal dəyəri 10.5 min dollar, 2021-ci ilin yanvarı - 3779 ədəd və hər birinin orta idxal dəyəri 10.8 min dollar olub. Minik avtomobillərinin aylıq idxal həcmi 24 faiz, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin aylıq idxal həcmi 23 faiz azalıb. Amma yük maşınlarının idxalında 26 faiz artım var. Çox güman, bu artım ölkədə genişmiqyaslı tikinti-bərpa işlərilə bağlıdır".