“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR

İQTİSADİYYAT
11:21 / 23.02.2021
939

“Bank of Baku”nun xalis mənfəəti 11 mln. 898 min manat və ya 2 dəfəyə yaxın azalaraq 12 mln. 972 min manata enib.

Bankın açıqladığı hesabatda bildirilir ki, “Bank of Baku”nun 2020-ci ilin sonunda müştərilərinə verdiyi xalis kreditlər 19 mln. 482 min manat artaraq 239 mln.337 min manata çatıb. Buna görə də bankın aktivləri 28 mln. 469 min manat artaraq 409 mln. 563 min manata yüksəlib. Bankda yerləşdirilən depozitlərin 10 mln. 263 min manat artaraq 193 mln. 485 min manata çatması bankın cəmi öhdəliklərinin 16 mln. 078 min manat artaraq 333 mln. 164 min manat çatmasına səbəb olub.

“Bank of Baku” cəmi kapitalını 2020-ci ilin sonunda 76 mln. 398 min manat olaraq tamamlayıb.

Bankın faiz gəliri 53 mln. 602 min manat, faiz xərcləri isə 11 mln. 644 min manat olduğuna görə bankın xalis faiz gəlirləri 41 mln. 957 min manat olub. Qeyri-faiz gəlirləri 9 mln. 397 min manat, qeyri-faiz xərcləri isə 37 mln. 827 min manat olduğuna görə “Bank of Baku”nun əməliyyat mənfəəti 13 mln. 527 min  manata yüksəlib. 

“Bank of Baku” 2020-ci ili 88 mln. 43 min manat məcmu kapitalla sona vurub. 

Valyuta.Az

0