“Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat ZƏRƏR

İQTİSADİYYAT
16:29 / 25.02.2021
1647

“Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir.

Valyuta.Az xəbər verir ki, 2020-ci ilin yekun illik hesabatını hələ də açıqlamayan “Günay Bank” 2019-cu ilin yekun illik hesabatında 13 milyon 682 min manat yığılmış zərəri olduğunu bildirmişdi. 2020-ci ilin yekununda isə cəmi 408 min manat xalis mənfəət əldə edən bankın yığılmış zərərinin yaxın gələcəkdə azalması ehtimal olunmur.

“Günay Bank” 2020-ci ilin son rübündə - 2 milyon 60 min manatlıq bölüşdürülməmiş mənfəətinin olduğunu bildirmişdi. Bununla bərabər 408 min manat xalis mənfəət əldə edən bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 652 min manata düşəcək. Yəni, bank əvvəlcə bölüşdürülməmiş mənfəətini müsbətə tamamlamalı, daha sonra yığılmış zərərini bərpa etməlidir.


Cədvəldə də qeyd olunduğu kimi bank 6 ildən çoxdur ki, yığılmış zərərini artırır. 2014-cü ildən 2019-cu ilin sonunadək bankın yığılmış zərəri 11 milyon 910 min manat artıb. Bankın cəmi kapitalı isə 6 il ərzində 11 milyon 932 min manat azalaraq 51 milyon 227 min manata düşüb. 

“Günay Bank”ın səhmdarlarını təqdim edirik:

52,13% – Mahmud Məmmədov
40,05% – Yeganə Şirinova
2,67% – Günay İldırımzadə
2,31% – Xanım Məmmədova
1,12% – Samir Cəfərov
1,10% – Mahir Xəlilov
0,63% – Əhməd Mehribani (Fransa)

0