Xaricdən gətirilən bağlamalar niyə gecikir? - DGK sədri açıqladı

İQTİSADİYYAT
12:51 / 04.03.2021
1164

DGK sədri Səfər Mehdiyev xaricdən gətirilən bağlamaların gecikməsi səbəblərindən danışıb.

Musavat.com xəbər verir ki, DGK sədri bildirib ki, daşıyıcı şirkətlərin dövriyyəsi o qədər artıb ki, onlar vaxtında malları çeşidləyə bilmir: “Əgər gecikmə gömrüklə bağlı olsa, siz bunu bəyannamədə görəcəksiniz.

Əgər belə bir hal yoxdursa, o zaman problem şirkətlərin nəzərdə tutulan həcmi gözləməməsi ilə bağlıdır. Bu məsələlərin 80-85 faizi bizlə bağlı deyil. Şirkət malını çeşidləyə bilmir. Əslində onlar bunu xaricdəki anbarlarında çeşidləyib göndərməlidir”.

1