“Pensiyaya 10 il qalmış işdən çıxarmaq qadağan olunsun”

İQTİSADİYYAT
14:06 / 09.03.2021
2174

Ombudsman vətəndaşların pensiyaya çıxmasına müəyyən müddət qaldıqdan sonra onların işdən çıxarılmasının qadağan edilməsini təklif edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi təklif olunur.

0