Eldar Əzizov "quzu"nu "qurd"a tapşırdıxa0- Meriyadan yarım milyonluq tender

İQTİSADİYYAT
17:46 / 09.03.2021
2445

Bakı Şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər ƏsaslıTikinti və Təmir” MMCxa0 maliyyə dəyəri 520 min 88 AZN təşkil edən iki müqavilə imzalayıb.xa0

Valyuta.az xəbər verir ki, “TFM-Smart Project” MMC ilə bağlanan müqavilələrdə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri və səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project”xa0 MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur.xa0

Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir.xa0

2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.xa0

Bu arada qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ötən ilin iyulunda daxa0 “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.

Maliyyə dəyəri 87 min AZN olan müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub.

1