Respublika üzrə pensiyaların mart ayının 16-sı tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.
Bunu Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
R.Mehdili qeyd edib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.