May ayından etibarən qaz təchizatının şaxələndirilməsi istiqamətində küçə xətlərinin çəkilməsinə başlanılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev məlumat verib.
O bildirib ki, vətəndaşların fərdi qaz təchizatının təmin olunması məqsədilə küçə xətlərinin çəkilməsi prosesinə başlanılacaq:
“Bu işlərə may ayından sonra başlamağı planlaşdırırıq. Çünki, may ayından sentyabr ayına qədər qurumun demək olar ki, cari işləri nisbətən azalır. Planlaşdırdığımız kimi şəhər mərkəzlərinə və ya qazlaşdırılmış əraziyə yaxın yaşayış massivlərində küçə xətlərinin çəkilməsini nəzərdə tutmuşuq”.
İB-nin baş direktoru qeyd edib ki, hazırda isə daha çox qazi və şəhid ailələrinin yerləşdiyi ərazilərdə küçə xətlərinin çəkilməsini tezləşdirmək üçün bu istiqamətə diqqət ayrılıb.