Azərbaycan yaxın 2 ildə nə qədər neft hasil edəcək?

İQTİSADİYYAT
17:47 / 13.03.2021
1567

2021-ci ildə Azərbaycana xam neft hasilatı 616 min barel/sutka təşkil edəcək.

HİT.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "JP Morgan" bankı hesabat yayıb. Bundan əvvəlki proqnozda həmin göstərici 619 min barel/sutka səviyyəsində göstərilirdi.

Proqnoza əsasən, 2021-ci ilin birinci rübündə hasilat sutkada 596 min barel, ikinci rübdə 618 min barel, üçüncü rübdə 634 min barel, dördüncü rübdə isə 614 min brel təşkil edəcək.

Eyni zamanda, 2022-ci ildə Azərbaycandan xam neft hasilatı 625 min barel/sutka həcmində proqnozlaşdırılır.

Proqnoza əsasən, 2022-ci ilin birinci rübündə hasilat sutkada 630 min barel, ikinci rübdə 627 min barel, üçüncü rübdə 619 min barel, dördüncü rübdə isə 623 min brel təşkil edəcək.

2