Hesablama Palatasında yüksək vəzifələrə namizədlər AÇIQLANDI

İQTİSADİYYAT
10:44 / 15.03.2021
1702

“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

HİT.Az-ın xəbərinə görə, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Bundan əlavə, Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.

0