Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 51 traktor istehsal olunub ki, bu da illik müqayisədə 2% çoxdur.
Dövlət Statistika Komitəsindən HİT.az-a verilən məlumata görə, yanvar ayında ölkədə traktor istehsal edilməyib və martın 1-nə hazır məhsul ehtiyatı 120 vahidə bərabər olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 300 traktor istehsal olunub, bu da illik müqayisədə 66,9% azdır. Ölkədə traktorların istehsalı ötən ilin may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam edib və fevralda yenidə bərpa olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan xaricdən 44,458 mln. ABŞ dolları (75,579 mln. manat) dəyərində 1 986 vahid müxtəlif növ traktor idxal edib.