250 manata klub, 9 milyona hotel hərraca çıxarılır - TAM SİYAHI

İQTİSADİYYAT
15:35 / 17.03.2021
2322

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət aprelin 13-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

HİT.Az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, hərraca 28 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 9-u isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: 

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

0