Dövlət Gömrük Komitəsi “Cənnəty Park” mənzil tikinti kooperativi barəsində inzibati protokol tərtib edib.
Unikal.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Şövkət Nəcəfovanın icraatına verilib.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.