Süveyş kanalında baş verən qəza Azərbaycan üçün nə deməkdir? - Ekspert açıqladı

İQTİSADİYYAT
11:50 / 29.03.2021
1163

"Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, hələ də bu dəhliz tam gücü ilə çalışmır”.

HİT.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, ilkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır:

"Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirirdi. Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da, təchizat ilə bağlı investorların narahatçılıqları son günlər xeyili səngiyib və bu da "qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub. Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görsənmir. Bununla yanaşı, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq. "Şimal-Cənub” nəqliyyat dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir”. 

Deputat qeyd edib ki, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi.

0