Bu ərazilərdə qaz kəsildi

17:14 / 29.03.2021
910

Mart ayının 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

HİT.Az xəbər verir ki, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb. Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.

0