Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

İQTİSADİYYAT
23:10 / 29.03.2021
1037

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.


Dövlət Gömrük Komitəsindən HİT.az-a bildirilib ki, iki ayda Türkiyəyə 106,8 milyon ABŞ dolları, Rusiyaya 85,5 milyon dollar, İsveçrəyə 35,1 milyon dollar, Gürcüstana 28,3 milyon dollar, ABŞ-a isə 13,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

0