Bakı Şifer və Keramika ASC ləğv olunur.
Valyuta.Az xəbər verir ki, səhmdar cəmiyyətin ləğv olunması ilə bağlı elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 30-cu km, ev10 ünvanına bildirməsi istənilir.
Qeyd edək ki, 19.04.2004 tarixində ASC-yə çevrilən şirkətin nizamnamə kapitalı 195 min 225 manatdır. Şirkətin qanuni təmsilçisi Hümbətov Kamil İsa oğludur.
2019-cu ildə Bakı Şifer və Keramika ASC sovet dövrünün istehsalı olan istehsal avadanlıqları, müxtəlif növ ehtiyat hissələri, 2 ədəd TQM23B tipli teplovoz, avtomobillər, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində texniki pasport və çıxarışı olan sənaye təyinatlı torpaq sahəsi icarəyə və satışa çıxarmışdı.