\"MilliÖn\" kartomatlarında Bakıkart-la bağlı bu funksiya deaktiv edilib - AÇIQLAMA

10:13 / 31.03.2021
1230

"BakıKart" sistemində yenilənmə işləri apardığından bəzi terminallarda karta pul yükləmək olmur".

Bunu HİT.Az-a açıqlamasında "MilliÖn" şirkətinin Müştəri Xidmətləri Departamentinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib. O, hazırda 90 faiz kartomatlarda yeni sistemin qurulduğunu və pul yükləməyin mümkün olduğunu bildirib. 10 faizində də işlərin davam etdirildiyini ifadə edib. 

Şirkət rəsmisi MilliÖn terminallarında BakıKartın alışı ilə bağlı funksiyanın isə deaktiv edildiyini bildirib.

"BakıKart layihəsi 2016-cı ilin martından bir şirkətə verilib. "MilliÖn" terminallarında kart alışı və doldurulması funksiyaları var idi. Bir qədər sonra isə kartın bərpa olunması funksiyası da əlavə edildi. Bu günə qədər kart alışı var idi. Artıq yenilənmədən sonra yalnız BakıKart sistemi üzrə kart balansının artırılması və bərpası mümkün olacaq. İlkin mərhələdə MilliÖn kartomatları sayca çoxluq təşkil etdiyi üçün kart alışı dəstəyini əhaliyə göstərirdik. Amma aparılan statistika göstərdi ki, bu funksiyadan demək olar ki, istifadə olunmur və ya cüzi sayda istifadə edilir. Buna görə də funksiyanı deaktiv etdik. Hazırda kart alışı BakıKartın özünə məxsusdur. Həmçinin əhalinin demək olar hamısı kartla təchiz olunub. Kimsə kartını itirə və ya yeni kart almaq istəyə bilər. Bunun üçün BakıKart-a müraciət etməlidir. Lakin tələbat artarsa, biz bu funksiyanı yenidən bərpa edə bilərik".

Çingiz Səfərli

0