“Bakcell” Qurban Məmmədovu məhkəməyə verdi

İQTİSADİYYAT
17:42 / 31.03.2021
1077

“Bakcell” şirkəti “Çalxan” MMC-ni məhkəməyə verib.

HİT.Az xəbər verir ki, buna səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq. 

“Çalxan” MMC 10 manatlıq nizamnamə kapitalı ilə 21 dekabr 2004-cü ildə yaradılıb. MMC-nin qanuni təmsilçisi ADP sədri Sərdar Cəlaloğlunun qardaşı, hazırda ölkə sərhədlərindən kənarda yaşayan hüquqşünas Qurban Məmmədovdur.

Vüqar

1