Azərbaycan iqtisadiyyatının gələcəyinə dair proqnoz açıqlandı

İQTİSADİYYAT
10:00 / 07.04.2021
1096

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına istinadən məlumat verir.

2022-ci ildə isə ÜDM-in 1,7 faiz artacağı qeyd olunur. Hesabatda qeyd olunur ki, ötən il Azərbaycan iqtisadiyyatı 4,3 faiz azalma nümayiş etdirmişdi. 

Qeyd edək ki, BVF-nin ötən ilin oktyabrında dərc olunan "World Economic Outlook" hesabatında Azərbaycan ÜDM-nin 2 faiz səviyyəsində artacağı proqnozlaşdırılmışdı.

0
Trend.az