Məşhur restoran 3 milyon manata satılır - FOTOLAR

İQTİSADİYYAT
14:54 / 08.04.2021
3220

Qəbələdə tanınmış restoran satışa çıxarılıb.

HİT.Az xəbər verir ki, bu barədə ölkənin əmlak saytlarının birində elan yerləşdirilib.

Belə ki, Qəbələ rayonunda yerləşən “Qəbim Qəbələ” restoran - ailəvi ustirahət mərkəzi satılır.

Elana əsasən, Qəbələdə, əsas yolun kənarında yerləşən obyekt 90 sotun içində yerləşir. Tikilinin sahəsi 4000 kv.m. təşkil edir.

Elan müəllifi qeyd edir ki, obyektin sənədləri qaydasındadır. Obyekt hazırda icarədədir.

Restoranın qiyməti isə 3 milyon manat təşkil edir.

Restoranın şəkillərini oxuculara təqdim edirik:

0