Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər həyata keçirilib.
Bakı Nəqliyyat Agentliyinən (BNA) verilən məlumata görə, nəticədə:
- Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində Üzeyir Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəz edilib;
- Üzeyir Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1.7 nişanlanma xətti) təşkil edilib;
- Svetofor obyektində daimi sağa bölməsi ləğv edilib.
Rəsmi məlumata görə, həyata keçirilmiş dəyişikliklər Ü.Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25% artıracaq.
BNA sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edir.