2021-ci ilin yanvar-mart aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 531,2 milyon manatlıq xidmət göstərilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 2,8 faiz azalıb.
Bildirilib ki, bu xidmətlərin 75,1 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 219 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu rəqəm 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 1,9 faiz azdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə mobil operatorlar tərəfindən 223,2 milyon manatlıq xidmət göstərilib.
oxu.az