Bakıda torpaq qiymətləri bahalaşdı

İQTİSADİYYAT
23:00 / 20.04.2021
2286

Bakıda mart ayında torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Bakıda torpaq bazarında orta qiymət 20719 manat/sot olub.

Onun sözlərinə görə, qiymətlərdə 4,42 faiz bahalaşma qeydə alınıb.

Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.

2