Bakıda mart ayında təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb.
“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Təkrar mənzil bazarında qiymətlər 2,4 faiz ucuzlaşıb. Ötən ay ilkin mənzil bazarında orta qiymət 1668 manat/kv.m təşkil edib.
İlkin mənzil bazarında isə bahalaşma qeydə alınıb. Belə ki, mart ayında bu bazarda qiymətlər 3,11 faiz bahalaşıb, orta qiymət isə 1394 manat/kv.m təşkil edib.