Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr imzalanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) HİT.Az-a verilən məlumata əsasən, bu ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib və xarici tərəfdaşlarla məhsuldar danışıqlar aparıblar.
Sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsulların ixracına dair 1,2 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb.
Qeyd edək ki, Azərbaycan bu il “Gulfood 2021” beynəlxalq sərgisində 5-ci dəfə təmsil olunub.