Dənizçilərin nəzərinə: Rüsum artırılır

İQTİSADİYYAT
15:00 / 26.04.2021
1103

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Qanun layihəsi “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Təklif olunan qanun layihəsi də ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq (hazırda praktikada geniş istifadə edilir) dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişidirilməsi üçün fərqli müddətlər (on, beş və ya bir iş günü) müəyyən edir.

Yeni layihəyə əsasən dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.

Qeyd edək ki, qanunda olan mövcud praktikaya görə dənizçinin şəxsiyyət sənədinin verilməsi (müddət göstərilmir) üçün 30 manat rüsum ödənilməsi tələb olunurdu.

1