“Sədərək”də icarə haqları artırıldı – etirazlar başladı (VİDEO)

17:02 / 01.05.2021
1139

"Sədərək” Ticarət Mərkəzində yerləşən Meyvəli Logistik Mərəkəzində icarə haqları artırılıb.

Bu haqda bazar işçiləri özləri məlumat veriblər. 

İşçilər bildiriblər ki, "Meyvəli"də gündəlik icarə pulu 5 manatdan 10 manata kimi, yəni yüz faiz qaldırılıb.Yer pulunun qalxmasına isə nəyin səbəb olduğu məlum deyil. 

Sahibkarlar artıma etiraz olaraq aksiya təşkil ediblər. Bazarda çəkilən və sosial şəbəkələrdə yayılan  görüntüləri təqdim edirik.

0
Qaynarinfo