Azərbaycanlılar Türkiyədə 70 şirkət yaradıb - 3 aya

İQTİSADİYYAT
10:32 / 03.05.2021
988

Bu ilin yanvar-mart aylarında Türkiyədə 2,2 milyard lirə kapitallı 3 218 xarici ortaqlı şirkət yaradılıb.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə qurulan şirkətlərin 333-ü səhmdar cəmiyyət, MMC olaraq fəaliyyətə başlayıb. Yeni yaradılan şirkətlərdə xarici kapitalın ümumi kapitaldakı payı isə 88,14 %-ə yüksəlib.

Hesabat dövründə Türkiyədə ən çox şirkət yaradan xarici ölkə şirkətləri sıralamasında İran (200 şirkət), Suriya (124), İordaniya (84) və Liviya (73) ilk sıralarda qərarlaşıb. Eyni dövrdə azərbaycanlılar Türkiyədə 70 şirkət yaradıb.

Bu ilin ilk 3 ayında Türkiyədə ən çox xarici kapitallı şirkət İstanbulda (2 031 şirkət) qurulub. Onu Antalya (158), Ankara (145) və Mersin (118) izləyib.

0