Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmi açıqlandı

İQTİSADİYYAT
21:29 / 17.05.2021
1146

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən HİT.az-a verilən məlumata görə, 4 ayda ölkəmizdən İtaliyaya dəyəri 150,7 milyon ABŞ dolları olmaqla 733,8 milyon kubmetr, Yunanıstana 32,7 milyon dollarlıq 127,8 milyon kubmetr, Bolqarıstana isə 12,1 milyon dollarlıq 91,9 min kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 708,3 milyon dollarlıq 5 milyard 145,9 milyon kubmetr, Gürcüstana 227,4 milyon dollarlıq 1 milyard 737,9 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, ilin ilk 4 ayında ölkədən ümumilikdə 7 milyard 837,5 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 131,4 milyon dollar təşkil edib.

 

0