2021-ci ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqların həcmləri açıqlanıb.
HİT.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 634,6 manat (əvvəlki aya nəzərən 3,4 faiz artıb*), özəl müəssisələrdə isə 810 manat (2,8 faiz artıb) olub.
Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 min 237,8 manat (1,8 faiz artıb), qeyri-neft-qaz sektorunda isə 660,4 manat (3,2 faiz artıb) təşkil edib.
Aprel ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 min 197,8 manat (2,2 faiz artıb) təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 4 min 147,7 manat (1,5 faiz artıb), dövlət müəssisələrində 1 646,9 manat (5,1 faiz artıb) olub.
Ölkəmizdə növbəti gəlirli sahə isə maliyyə və sığorta fəaliyyəti sektoru olub. Bu sahədə fəaliyyət göstərən şəxslərin orta aylıq gəliri 1 633,1 manat (2,6 faiz artıb) təşkil edib. Dövlət işində əməkhaqqı 1 736,5 manat (5,5 faiz artıb), özəl müəssisələrdə isə 1 605,5 manat (1,8 faiz artıb) olub.
İnformasiya və rabitə sahəsi də ən gəlirli fəaliyyət sektorudur. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 178,7 manatdır (9,3 faiz artıb). Dövlət müəssisələrində orta aylıq nominal gəlir 891,1 manat (4 faizə qədər artıb) olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 509,6 manat (13 faiz artıb) olub.
Digər gəlirli sektor peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Sektor üzrə orta aylıq gəlir 1 104,9 manat (5 faizədək artıb) olub. Özəl sektorda çalışanlar 1 721,4 manat (4 faiz artıb) əməkhaqqı əldə edərkən, dövlət sektorunda çalışanlar isə 682,4 manat (7,3 faiz artıb) gəlir əldə edib.
Digər sektorlarda çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi təsnif olunub:
*QEYD: Mötərizə içərisində ifadə olunan faiz dərəcələri 2021-ci ilin mart ayının 1-nə olan göstəricələrlə müqayisədə əks olunub.