“Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözlənildiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir”.
HİT.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq:
“Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir.
Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir”.