Mingəçevir İES-in inşaasında iştirak edən iş adamları pullarını ala bilmir - ŞİKAYƏT/VİDEO

İQTİSADİYYAT
11:52 / 14.06.2021
1984

Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov energetika naziri Pərviz Şahbazova müraciət edib.

Qaynarinfo cumhuriyyet.az-a istinadən xəbər verir ki, iş adamlar Mingəçevir İES tikintisi zamanı hüquqlarını pozulduğunu və onlara ödəniləcək məbləğin indiyə qədər çatmadığını bildiriblər.

N.Həsənov və R.Şirinovun müəllifi olduğu müraciətdə nazirin nəzərinə çatdırılır ki, şəxsən P.Şahbazovun 2018-ci ildəki səfəri zamanı Mingəçevir İES-in tikintisinin boya işlərini yerinə yetiriblər:

“Amma həmin o boya işlərinin ödənişi hələ də yerinə yetirilməyib. Gördüyüm işlərin hamısının sübutunu şəkil və videolar ilə sizə təqdim etməyə hazıram. Cənab nazir, mənim babam Nağı Qəhrəmanov və dayım Çapay Qəhrəmanov hər zaman vətəninə, dövlətinə layiqli xidmət göstəriblər. Biz də onların yolunu gedərək dövlətimizə xidmət edirik. Sizdən artıq dərəcədə xahiş edirəm, bizə köməklik edəsiniz".

Nazirə edilən müraciətdən aydın olur ki, onlar “YAPSAN” firması olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Ana firma - podratçı “Elektro İndustries" QSC olub.

Müraciətdə deyilir ki, hələ ana şirkət “Azərenerji” ASC ilə boyama işləri barədə müqavilə bağlanmadığına görə, onlar qeyri-rəsmi olaraq işə başladıqları üçün arada qeyri-rəsmi olaraq qiymət razılaşması əldə olunub. Qiymət razılaşmasında, diametri 20 sm-dan böyük olan boru materiallarında 1 m2 üçün 14,70 AZN  ƏDV-siz, diametri 10 sm-dan kiçik olan boru materiallarında 1 p/m üçün 4,40 AZN ƏDV-siz, diametri 10 sm-dan 20 sm-ə qədər olan metalkonustruksiya və ya boruların 1 p/m üçün 7,90  ƏDV-siz, metal boruların istiyə davamlı boya ilə rənglənməsi üçün 1 m2  17,95 ƏDV-siz qiymət təyin olunmasında razılaşıblar. 2018-ci ilin oktyabrından boya işlərinə start verilib. Şikayətçilər bunu votsap nömrələrinə göndərilən şəkil və videolarla sübut etməyə hazırdır.

“Mən boya işlərinə 2018-ci ilin oktyabrında başlamışam. Bunu şəkillər və videolar ilə və aldığım boyalar ilə sübut edirəm. Sonradan 2019-cu ilin  aprelində “Yapsan” MMC ilə bağlanılan rəsmi müqavilə  1 m2 üçün 10,10 AZN (on manat on qəpik) rəsmi qiymət razılaşması təklif etdi və qeyri-rəsmi qiymət razılaşmasını və p/m üçün olan məbləği qeyri rəsmi olaraq veriləcəyini əmin  etdilər, boya işlərinə aid ilk ödənişi 2019-cu ilin iyununda ediblər.
2018-ci ilin oktyabrından, 2019-cu ilin aprel ayına qədər işlədiyim işin qeyri-rəsmi hissəsinin rəsmi hissəsi ilə olan fərqinin ödənişi bu günə qədər Şirinov Rəşada ödənilməyib”, -deyə nazir Pərviz Şahbazovun diqqətinə çatdırılır.

N.Həsənov bildirir ki, bu gün həm dövlətə olan vergi borcunu ödəyə bilmir, həm də 2019-cu ilin avqustundan bu günə qədər fəaliyyətini bərpa edə bilməyib: “Üzümə də bütün dövlət orqanlarının qapıları bağlıdır. Heç bir yerdə işləməyimə də imkan vermirlər. Bu məbləğ nə az, nə çox 1 milyon 670 min manat vəsait edir.

Xahiş edirəm, qeyri-rəsmi qiymət razılaşmasında təyin olunan paqon metrlərin və hər kvadrat metrə aid olan 4,60 AZN (dörd manat altmış qəpik) kəsr məbləğini mənə ödəsinlər. Mən həm dövlətə olan vergi borcumu ödəyim, həm də fəaliyyətimi bərpa edə bilim. Həmçinin, Azərbaycan İES “MMC”-nin daxilində inzibati binanın təmizlik işlərini və tullantıların ərazidən uzaqlaşdırılmağını etdirmişəm. Onunda məbləği 35 000 manat edib. İndiyə kimi ala bilməmişəm.

Mənim dövlətə olan vergi borcumu 2019-cu ilin avqustundan şirkətə qoyulan bloka görə bu günə qədər hesablanan, peniya da daxil olmaqla borcumun ödənilməsini tələb edirəm. Ümumi ödəniləcək məbləğ “Elektro İndustries” QSC-dən şirkətin  peniyasından əlavə 1 670 000 manatdan yuxarıdır.
2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq. Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb.

Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm.

Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olmuşdur. Xahiş edirəm, insani hisslərlə yanaşı, mənim həm şirkətimin yenidən bərpasını həll edəsiniz, həm də mənim həmin müddətdə yaranan borclarımın qarşılığını ödəyəsiniz”.

Nicat Həsənov və Rəşad Şirinovun videomüraciətini təqdim edirik:

 

0