Ağdamın mina xəritəsini verməklə ermənilər gözdən pərdə asır - ŞƏRH

İQTİSADİYYAT
12:31 / 14.06.2021
1449

"Azərbaycan tərəfi bütün regionda basdırılan minaların xəritəsini həm Ermənistandan, həm də onun havadarlarından tələb edir”.

Bunu HİT.az-a açıqlamasında politoloq Sədrəddin Soltan Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib" fikirlərinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, minaların basdırılması təkçə ermənilərlə bağlı məsələ deyil:

"Azərbaycanın tələlərindən biri Ermənistanın işaldan azad olunmuş ərazidə basdırdığı minalarla bağlı xəritələrin verilməsidir. Azərbaycan tərəfi dəfələrə müxtəlif dövlət başçılarına tədbirlərdə bildirib ki, ermənilərdən minalanmış ərazilərin xəritələrinin verilməsi istiqamətində fəaliyyət göstərsinlər. Bu baxımdan ermənilər Ağdam ərazisində başdırdıqları minaların xəritəsinin verilməsini vurğulamqla özlərini xoşməramlı olduqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirlər. Amma təkcə Ağdamda deyil, işğaldan azad olunan başqa ərazilərdə də ermənilər işğaldan əvvəl və onlara verilən möhlət müddətindəində mina basdırıblar. Bu baxımdan Kəlbəcər rayonu ərazisində bir neçə gün öncə baş verən faciə sübut elədi ki, Ermənistan onlara verilən möhlətdə mina basdırması ilə məşğul olublar”.

Politoloq qeyd edib ki, Ağdam rayonunda basdırılan minalanmış ərazilərin xəritələrinin verilməsi hələ ki, Azərbaycan tərəfini qane etmir:

"Bizə bütün əarzilərdə basdırılan minaların xəritəsini təqdim etmək vacibdir. Paşinyanın Ermənistan dövlətinin və onun havadarlarının Ağdamda basdırılan minaların xəritəsini verməsi gözdən pərdə asmaq və ictimaiyyətə ermənilərin guya xoşməramlı olduqlarını nümayiş etdirməkdir. Guya bu məsələ ilə Azərbaycanı tərksilah eləmək istəyirlər”.

Bahar Rüstəmli

0