Orta aylıq əmək haqqının məbləği azalıb - RƏSMİ

İQTİSADİYYAT
20:00 / 14.06.2021
1248

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) HİT.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat təşkil edib.

Rəsmi məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

1