Daha 10 müəssisəyə Rusiyaya pomidor satmağa icazə verildi

İQTİSADİYYAT
20:53 / 16.06.2021
1243

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti iyunun 16-dan etibarən Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

HİT.az-ın məlumatına görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Qeyd edək ki, bu günədək ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycanın 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

0