Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları KEÇDİ

İQTİSADİYYAT
19:10 / 18.06.2021
1471

Azərbaycanın strateji valyuta ehtiyatları qalıqlı tədiyyə balansı şəraitində 52,3 milyard ABŞ dollarına çatıb.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu, ilin əvvəli ilə müqayisədə təxminən 1,5 milyard dollar və yaxud 2,8% çoxdur.

0