Azərbaycanda ən gəlirli işlərin maaşı açıqlandı - FOTO

İQTİSADİYYAT
16:15 / 21.06.2021
1800

2021-ci ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqların həcmləri açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub. 

Dövlət müəssisələrində əməkhaqqı ötən ayla müqayisədə 0,8 faiz azalıb, illik müqayisədə isə 0,9 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 3,2 faiz artsa da, illik müqayisədə 5,5 faiz azalıb.

Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 209 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,1 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əməkhaqqı 670,6 manatı təşkil edib, bu da aylıq müqayisədə 1,5 faiz, illik müqayisədə isə 0,1 faiz çoxdur.

May ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

0
oxu.az