Bakıda bu binalar söküləcək - RƏSMİ

İQTİSADİYYAT
17:38 / 22.06.2021
3868

"Hər bir binanın istismar müddəti var. Onların statistikası hələ ki hazırlanır".

HİT.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bu il Bakıda istismar müddəti bitən binaların yenilənməsi barədə məlumatlar toplanır:

“Bu gün bu barədə statistika vermək mümkün deyil. Yəqin ki, bu barədə məlumatlar ilin sonunda təqdim ediləcək hesabatlarda öz əksini tapacaq.

Ümumiyyətlə bina və yaşayış məntəqəsindən asılı olaraq tikililərin yenilənməsi, söküb yenidən tikilməsi və ya restavrasiyası prosesləri var.

Yenilənməyə, sökülməyə zərurət olan binalar Bakının Baş Planında nəzərdə tutulacaq. Bütün bunlar müvafiq qaydalara uyğun şəkildə proqnozlaşdırılır”.

Qeyd edək ki, Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.

Bakı meriyasından bildirilib ki, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur:

"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yararsız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinetinə də artıq müraciət etmişik”.

0