31 dövlət əmlakı hərraca çıxarılacaq

İQTİSADİYYAT
12:47 / 30.06.2021
2261

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 27-də təşkil ediləcək hərraca 31 dövlət əmlakı çıxarılacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, bunlara 20 kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 11 nəqliyyat vasitəsi aiddir.

Eləcə də respublikanın rayon və şəhərlərində kiçik müəssisə və obyektlər də təkrar hərraca çıxarılacaq. Həmçinin, Xaçmaz şəhərindəki internat məktəbinin yarımçıq tikilisinin də özəlləşdirilməsi nəzərdə tutulur. Onun ilkin satış qiyməti 35 000 manatdan başlayır.  

Eyni tarixdə təkrar hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlakların siyahısında noutbuklar, kompüter aksesuarları, müxtəlif markalı mobil telefonlar, yaddaş kartları və s. texniki avadanlıqlar da var.

 

0