Qaz bu tarixədək köhnə tariflə istifadə ediləcək

İQTİSADİYYAT
18:38 / 30.06.2021
1877

"İyul ayının 10-dək vətəndaşlar köhnə tarifdən istifadə edəcəklər”. 

HİT.az xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev Tarif Şurasının qazın qiymətindəki dəyişikliklə bağlı qərarını şərh edərkən bildirib.

O qeyd edib ki, həmin vaxtadək sayğacların oxunuşu, əvvəldən ödənişli sayğaclarda proqram təminatı həyata keçirilənədək köhnə tarifdən istifadə olunacaq: "İyul ayının oxunuşunu, qaz balansının bağlanmasını avqustun 10-dək həyata keçiririk”. 

Dəyişikliyin nə qədər abonenti əhatə etməsinə gəlincə isə, R. Əliyev bildirib ki, 51 faiz abonent 1200 kubmetr əhatəsindədir. Digər – 1200 kubmetrdən yuxarı qaz istifadə edən abonentlər isə 49 faiz təşkil edir. Beləliklə, 1 milyon 300 minə yaxın abonent yenə də qazdan limitlə -10 qəpiklə istifadə edəcək. 

Qeyd edək ki, Tarif Şurasının yeni qərarı ilə qaz qiymətlərində dəyişiklik edilib.

4