Azərbaycanda pul bazası 20 faizdən çox artıb

İQTİSADİYYAT
21:20 / 01.07.2021
787

2021-ci il iyulun 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 13,803 milyard manat təşkil edib.

Unikal.org bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Ötən ayla müqayisədə pul bazası 0,4 faiz və ya 53,8 milyon manat azalıb.

Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 22,7 faiz və ya 2,55 milyard manat artıb.

1