Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getmək... - DSX

İQTİSADİYYAT
19:53 / 07.07.2021
1672

Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Həmçinin bildirilib ki, bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.

Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib.

 

0
Trend