Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentini vəzifəsindən azad edib.
HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov şirkətin vitse-prezidenti, Bəhram Bəhlul oğlu Hüseynovu geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti, Tofiq Ridvan oğlu Qəhrəmanov isə strateji inkişaf üzrə vitse-prezidenti, David Niyazi oğlu Məmmədov isə emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.