Sosial tələbə krediti ala biləcək şəxslərin SİYAHISI

İQTİSADİYYAT
09:33 / 28.07.2021
1960

Tələbə Təhsil Kreditlərinin (TTK) iki növü tətbiq ediləcək.
 
HİT.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda nəzərdə tutulub.
 
Sənədə əsasən, TTK-nin iki növü – sosial və standart növləri olacaq.
 
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
 
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
 
3-cü dərəcə əlilliyi olanlar;
 
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
 
1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
 
İşsiz kimi qeydiyyatda olanlar;
 
Yaşa görə əmək pensiyası alanlar;
 
Yaşa görə sosial müavinət alanlar.
 
Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi barədə müraciət edildiyi gün tələbə bu Qaydada göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr (yarımil) üçün sosial TTK almaq hüququna malikdir.
 
Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər:
 
Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
 
İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
 
Standart TTK almaq hüququ müraciət tarixinə bu Qaydada göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur.
 
TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir.
 
TTK bu Qaydada göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
 
TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.

1