Qanunsuz evlərin sənədləşdirilməsi prosesinə Abşeron rayonundan başlanılacaq.
Hökumət əhalinin səbirsizliklə gözlədiyi bu qərarı yaxın zamanlarda elan etməyə hazırlaşır.
Məlumata əsasən, Abşeron rayonunun ərazisindəki təxminən 340 min sənədsiz evə çıxarış ("kupça") veriləcək: "Növbəti mərhələdə Bakıətrafı kənd və qəsəbələrdə sənədsiz evlər sənədləşəcək.
Hazırda sənədsiz evlərin inventarlaşması prosesi yekunlaşmaq üzrədir. Ümumilikdə sənədsiz evlərin sayı bir milyondan çoxdur. Bunların mütləq əksəriyyəti Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazisində yerləşir.
Sfera.az