Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqları açıqlanıb.
HİT.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-may aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 944,4 manat olub. Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 4 faiz azalıb.