İlham Əliyev Rəşad Nəbiyevə daha bir vəzifə verdi - FƏRMAN

İQTİSADİYYAT
15:00 / 09.08.2021
3139

Prezident İlham Əliyev "Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Hit.Az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.

Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.

Bundan başqa, fərmana əsasən, Şuranın fəaliyyətini Tarif (Qiymət) Şurasının Katibliyi deyil, Şuranın Katibliyi özü təşkil edəcək. Bu katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.

0