Sentyabrın 1-dən bu şəxslər ticarət və iaşə obyektlərinə buraxılmayacaq - XƏBƏRDARLIQ

İQTİSADİYYAT
12:14 / 23.08.2021
1389

Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq.

HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.

“Bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır”, - deyə Elşad Hacıyev vurğulayıb.

Polislər bu işə ciddi nəzarət həyata keçirəcək: “Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar”.

Elşad Hacıyev həmçinin vurğulayıb ki, hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir:

“Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq.

Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır".

1